Məhkumların ailələrinə videozəng etməsi təklif edilir


13:39     09 Mart 2021 hebsxana6.jpg

Ombudsman videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsi ilə əlaqə saxlama təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavənin edilməsini təklif edib.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Açar sözlər:

Oxunub: 841