Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
15:37 09 Mart 2021

Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi proseduru müəyyənləşib
Femida.az-ınmhnh məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mülki Prosessual Məcəllə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunacaq.
Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər aşağıdakılardır:
- uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları )olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;
- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
Analoji dəyişiklik Ailə Məcəlləsinə də təklif edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 1052
Oxşar xəbərlər
- Evi tərk edən koronaviruslu şəxslərə bu halda cinayət işi açmaq olmaz - Vəkildən ŞƏRH
- Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO
- Ombudsman Türkiyədə səfərə getdi
- Beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi
- Əlilliyə görə müddət bitirsə, əlillik ləğv olunurmu? - Hüquqi maarifləndirmə
- Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
- Azərbaycanda tanınmış hüquqşünas koronavirusdan vəfat edib
- Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib
- Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib