Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edildi


16:56     09 Mart 2021 21_03_09_1615294597.jpg


Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edilib.


Şirvan şəhər Prokurorluğundan Femida.az-a verilən məlumata görə, 05 fevral 2021-ci il tarixdə saat 13.00 radələrində Şirvan şəhər polis şöbəsindən şəhər prokurorluğuna Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 157 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin yapışqan lentlə (skoç) bağlı vəziyyətdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza təyin edilib və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə ağır cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Əhədov Elçin Ötərxan oğlu 25 fevral 2021-ci il tarixdə, qardaşı, 1985-ci il təvəllüdlü Əhədov Arif Ötərxan oğlu isə bir gün sonra tutularaq istintaqa cəlb edilib.

Həmçinin, aparılan istintaqla həmin cinayətin törədilməsinə hazırlıqda iştirak etməsinə və sonradan xüsusilə ağır cinayəti bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şirvan sakini, 1993-cü il təvəllüdlü Seyfullayev Surxay Elman oğlu da tutularaq istintaqa cəlb olunub.

Əhədov Elçinin yaşadığı ünvana axtarış-istintaq hərəkəti həyata keçirilərkən evdən yapışqanlı lent (skoç), Durna Dadaşovanın mənzilində olan müşahidə kamerasının yaddaş aparatı (DVR) və digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Elçin Əhədov, qardaşı Arif Əhədov və Surxay Seyfullayev fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 387