Qanunsuz dini təbliğatla məşğul olan 11 nəfər barədə cinayət işi açılıb


17:04     09 Mart 2021 21_03_09_1615295161.jpg


Ötən il qanunsuz dini təbliğatla məşğul olan 11 nəfər barədə cinayət işi başlanılıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, həmin müddətdə 28 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, o cümlədən 2 nəfər inzibati qaydada həbs edilib. Həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 370