Rusiyanın Türkiyədəki səfirinin qətlində təqsirləndirilənlərə hökm oxunub


18:33     09 Mart 2021 21_03_09_1615300100.jpg

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

Femida.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən 5 nəfəri ömürlük azadlıqdan məhrum edilib.

Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblərş



İş üzrə təqsirləndirilən daha 9 nəfər isə axtarışadır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 373