Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub


18:55     09 Mart 2021 21_03_09_1615300989.jpg

Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən həyət evlərindən birində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Məmmədov Bəhruz Bəhram oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. 26 yaşlı gənc 5 gün imiş ki, həmin evə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 458