İsmayıllıda icra nümayəndəliyinin binasından oğurluq edilib
11:25 10 Mart 2021
İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1 700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrafil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 334
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb