"Azərbaycan Dəmir Yolları"ndan Sumqayıtdakı hadisəyə münasibət


16:08     10 Mart 2021 2021/03/Capture_1615378541.jpg

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Bu barədə Femida.az-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.

Açar sözlər:

Oxunub: 427