Balakəndə avtomobil atlını vuraraq öldürüb - FOTO


09:18     11 Mart 2021 21_03_11_1615439976.jpg

Balakəndə kiçiktutumlu yük maşını atlını vurub.

APA-nın məlumatına görə, hadisə axşam saat 21:00 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun rayonun Kortala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı kiçiktutumlu yük maşını hərəkətdə olarkən onun yoluna atlı çıxıb. Qəza zamanı atlı - rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Akif oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Qəza zanamı at da tələf olub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 324