Biləsuvarda avtomobil dükana çırpıldı, xəsarət alanlar var


10:22     11 Mart 2021 21_03_11_1615441550.jpg

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobili yol kənarındakı dükana çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Biləsuvarın İsmətli kənd sakini, 1985-ci təvəllüdlü İbayev Vüsal Mirzəxan oğlu və onun sərnişinlərindən biri, həmkəndlisi İbayev Vüqar Əlheydər oğlu yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Vüsal İbayev Vətən müharibəsi qazisidir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 307