“YAŞAT” Fondu daha bir şəhidin övladına hesab açır - FOTO


17:15     11 Mart 2021 2021/03/15936-1615468958_1615470236.jpg


“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Femida.az xəbər verir ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Nurlan Mustafayevin övladı Nurlanın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Femida.az

Açar sözlər: #YAŞATFondu  

Oxunub: 459


Oxşar xəbərlər