İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub


12:08     12 Mart 2021 berlintvasanrep.png


"ASAN xidmət"də 308 xidmət göstərilir. Bu xidmətlərdən 11-i dövlət qurumlarına aiddir.

Femida.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsin fəaliyyətinin 3 ilinə həsr olunan mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, bu günədək 42 milyon müraciət olub və 7,3 milyon vətəndaşa xidmət göstərilib:

"Ötən il hesablamalar apardıq, məlum oldu ki, təxminən data kataloquna 1000 adda informasiya toplanır. Əsas məqsəd dövlət qurumlarının vətəndaş haqqında məlumatları həmin mənbənin özündən götürməsidir.

Artıq "ASAN login"də yaradılan yeni xidmət də ölkəmizdə yenilikdir, xidmət anlayışı tamamilə dəyişir. Artıq arayışlar demək olar ki, olmayacaq və dataya çevriləcək. Çünki dövlət qurumunun informasiya sistemi digər dövlət qurumunun informasiya sistemi ilə mübadilə aparır. Bu çox ağır iş olsa da, artıq bütün işlərin fundamental əsasları var".

Femida.az

Açar sözlər:

Oxunub: 510