Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək


14:10     12 Mart 2021 2021/03/1615541709612_coyrGAjs_1615544357.jpeg

Çinin xarici işlər naziri Vang Yi Türkiyəyə səfər edəcək.

Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Çinin xarici işlər naziri bölgəyə səfəri çərçivəsində martın 25-də Türkiyəyə gəlmək istədiyini bildirib: “Səfərin gündəliyinə ikitərəfli münasibətlər, regional məsələlər, Asiya və Avropanı maraqlandıran mövzular daxildir. Eyni zamanda COVİD-19-la mübarizə və gündəmdəki digər məsələləri də müzakirə edəcəyik”.

Açar sözlər:

Oxunub: 286