Türkiyənin ədliyyə nazirindən ABŞ-a etiraz


16:13     12 Mart 2021 2021/03/abdul-1615550068_1615551317.jpg

Los-Anceles məhkəməsinin Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Ambik Sasunyanın vaxtından əvvəl azad edilməsi barədə qərarını ciddi şəkildə qüsurlu hesab edirik.

Femida.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Abdulhamit Gül deyib. Onun sözlərinə görə, bu addım terror aktlarından öz məqsədlərinə çatmaq üçün istifadə edə biləcək şəxslərə yanlış mesaj verəcək.

"Sasunyan və onu idarə edən ideologiya varlığını saxlamaqla cəmiyyət üçün təhdid olmaqda davam edir", - deyən nazir ABŞ-ın Ədliyyə Nazirliyinin rəhbərliyinə bununla bağlı məktub ünvanladığını bildirib.

Xatırladaq ki, Sasunyan Türkiyənin Los-Ancelesdəki Baş konsulu Arıkanı 1982-ci ildə qətlə yetirib. 1984-cü ildə A. Sasunyan cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 454