Bələdiyyələrin fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb


17:34     12 Mart 2021 21_03_12_1615556155.jpg

“Bələdiyyələrin fəaliyyətində səmərəliliyi artırmaq üçün ötən il ərzində bəzi qanunvericilik aktlarını təhlil edib, həmin qanunlarda müvafiq dəyişikliklər edilməsi bağlı təkliflər paketi hazırlayıb Nazirlər Kabinetinə göndərmişik”.

Femida.az -IN məlumatına görə, bunu Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Nailə Rəsulzadə “Bələdiyyələrlə iş sahəsində əldə olunmuş nəticələr, 2020-ci il üzrə illik məruzə” mövzusunda keçirilən onlayn brifinqdə deyib.

N. Rəsulzadə bildirib ki, təkliflər paketində bələdiyyə torpaqlarının ayrılması prosesinin sadələşdirilməsi, hərrac müsabiqə qaydalarının dəqiqləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli ödənişlərin toplanmasında yaranmış problemlərin aradan qaldırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra məsələlər əksini tapıb.

Açar sözlər:

Oxunub: 410