ADPU-nun tələbəsi avtoqəzada dünyasını dəyişib - FOTO


21:22     12 Mart 2021 21_03_12_1615568691.jpg

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzasında həlak olub.

APA-nın xəbərinə görə, universitetin Quba filialının "Təhsildə sosial psixoloji xidmət" ixtisasının 2-ci kurs tələbəsi İsmayılova Şəbnəm Qabil qızı bu gün Bakı-Quba yolunun Siyəzən rayonu hissəsində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 320