Xızıda polis yolda qalan sürücülərə kömək edib
14:00 13 Mart 2021
Xızıya qarın yağması ilə əlaqədar rayon polis şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.
Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.
Bundan əlavə, şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara köməklik göstərirlər.
Oxunub: 405
Oxşar xəbərlər
- Xızıda yük avtomobili aşıb, xəsarət alan var
- Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Xızıda taksi sürücülərini aldadan şəxs saxlanılıb
- Xızıda “Qrad” mərmisi tapıldı
- Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub
- Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
- Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
- Xızıda 2 il axtarışda olan şəxslər tutulub
- Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanıldı
- Xızıda silahla gəzən gəncin məhkəməsi başlayır