Cəlilabadda xarici ölkə səfirliyinin avtomobili qəzaya uğradı, xəsarət alan var


21:53     13 Mart 2021 21_03_13_1615658046.jpg

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə məxsus "Toyota" markalı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində səfirliyin əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 382