Ata Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib


14:37     14 Mart 2021 21_03_14_1615718333.jpg

Səbail rayon Məhkəməsində bloqer Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.


Femida.az xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və A. Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

Açar sözlər:

Oxunub: 463