Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı


14:50     15 Mart 2021 21_03_15_1615805443.jpg

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxt ərazisində bir nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aşkar edilərək saxlanılıb. Bakı şəhər sakini 63 yaşlı A.Əliyevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıblar. Həmin şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 343