Xocavənddə mülki şəxs minaya düşüb


15:09     15 Mart 2021 minaa.jpg


Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.


Bu barədə Femida.az-a rayon Prokurorluğundan bildirilib.

Belə ki, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

.Femida.az

Açar sözlər: #Xocavənd   #mina  

Oxunub: 488