Rövşən Əkbərovun həbsinin səbəbi - Ukraynada QƏTL


10:25     16 Mart 2021 2021/03/c9bcff64-fec3-3987-b891-2f3d81ea32b8_850_1615876179.png

Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub.


Femida.az Report-a istinadən xəbər verir ki, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Ona qarşı digər ittihamların irəli sürülüb-sürülməyəcəyi məlum deyil.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir Ordu korpuslarının komandanı olub. 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Açar sözlər:

Oxunub: 1115


Oxşar xəbərlər