Mənzildə televizorun partlaması nəticəsində beş nəfər ölüb


09:47     17 Mart 2021 2021/03/1615928914100_JQJtSxfO_1615930001.jpeg

Rusiyanın Tambov vilayətində televizorun partlaması nəticəsində beş nəfər ölüb.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə regional prokurorluqdan bildirilib.

Hadisənin baş verdiyi İnjavinski rayonunun Filatovski qəsəbəsində, Sovxoznoy küçəsindəki mənzilə baxış zamanı oradan dörd kişi və bir qadının cəsədləri tapıldı.

“1971-ci il təvəllüdlü evin sahibi və onun 1959-cu il təvəllüdlü və 1967-ci il təvəllüdlü iki qardaşı, eləcə də tanışları - eyni kəndin sakinləri 1964-cü il təvəllüdlü (kişi) və 1975-ci il təvəllüdlü (qadın) şəxslər spirtli içki qəbul etdikdən sonra evdə gecələyiblər. Otaqlardan birində televizor partlayıb, onun yanması nəticəsində güclü tüstü çıxıb”, - deyə qurumun məlumatında qeyd olunub.

Həm şəxslərin dəm qazından zəhərləndikləri deyilir.

Hadisənin təfərrüatları araşdırılır.

Açar sözlər:

Oxunub: 446