Nigerdə terrorçuların hücumu nəticəsində 58 nəfər öldürülüb


10:58     17 Mart 2021 21_03_17_1615962849.jpg

Nigerin Mali sərhədi yaxınlığında motosikletli silahlı şəxslər Tillaberi bölgəsindəki heyvan bazarından qayıdanları daşıyan avtobusa hücum ediblər.

Femida.az “Reuters”ə istinadən xəbər verir ki, hücum zamanı 58 nəfər öldürülüb. Bəzi mənbələr isə ölüm sayının 65 nəfər olduğunu bildirir.

Hücuma görə hələlik heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, onun arxasında İŞİD terror təşkilatının ola biləcəyi ehtimal edilir.

Açar sözlər:

Oxunub: 329