Şoyqudan Qazaxıstanı Rusiyaya birləşdirmək xəbərinə reaksiya


13:07     17 Mart 2021 soyqu4.jpg

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Qazaxıstanı birləşdirmək istəyi barədə yayılan xəbərləri fantaziya adlandırıb.

Femida.az xəbər verir ki, bu barədə Şoyqu “Tengrinews"a müsahibəsində bildirib.

"Gəlin bütün bu fantaziyalardan yerə enək! Çox mübahisə edə bilərsiniz, amma bizim uzun müddətdir qurulmuş qardaşlıq münasibətimiz var. Öz aramızda nəyisə bölüşmək üçün heç bir səbəbimiz yoxdur. Çünki hələ 1998-ci ildə sərhədlərin tam demarkasiyasını həyata keçirdik", - Şoyqu deyib.

Müdafiə naziri Qazaxıstan və Rusiya arasında sərhəd müqaviləsinin imzalandığını və iki ölkənin çox yaxşı əlaqələri olduğunu xatırladıb.

Açar sözlər:

Oxunub: 462


Oxşar xəbərlər