Bakıda külək əsəcək, rayonlara qar yağacaq


13:39     17 Mart 2021 2018/02/qar-yag_1519731481.jpg

Martın 18-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, sabah gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 382