"Məhkumları işə götürən sahibkarlara vergi güzəştləri olsun" - TƏKLİF


14:04     17 Mart 2021 insaat-iscileri-ekmek-aslanin-midesinde-calis-20141027AW227524.jpg

“Cəzaçəkmə müəssisələrində saxlanılan insanların əməyə cəlb edilməsində sahibkarların böyük rolu ola bilər”.

Bunu Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənanyarlı "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfransda bildirib.

Onun sözlərinə görə, hazırda cəzaçəkmə müəssisələrində qadınlar əsasən suvinerlərin hazırlanması, xalça toxunması ilə məşğuldur: “Bu şəxsləri əməyə cəlb etmək onlar və ailələri üçün böyük dəstək ola bilər. Məhkumlar işləyərək həm özlərinə, həm də ailələrinə yardım edə bilər”.

S.Bənanyarlı məhkumları məşğulluğa cəlb edən sahibkarlar üçün vergi güzəştlərinin tətbiqini və yaxud verginin tamamilə aradan qaldırılmasını da təklif edib: “Əgər sahibkarlar cəzaçəkmə müəssisəsində çalışanlar üçün iş yerləri açacaqsa, məhkumlar işləyəcəksə, bu zaman onlar cəmiyyətə islah edilmiş vətəndaş kimi qayıdır. Bu şəxslərin cəmiyyətə normal vətəndaş kimi qaytarılmasında Ədliyyə Nazirliyinin də rolu ola bilər”. /Report

Femida.az

Açar sözlər:

Oxunub: 359