"1 milyonluq əməliyyatı 190 min manata həyata keçirdik" - Ülvi Mehdiyev


11:49     18 Mart 2021 21_03_18_1616055146.jpg

"İsraildən gələn həkimlər Vətən müharibəsində gözündən xəsarət almış 150-yə yaxın qazimizi müayinə etdilər. 58 nəfərə protez qoyuldu, 30-dan çoxu əməliyyat edildi. Həmçinin digərlərinə müalicə prosedurları yazıldı".


"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Real" TV-yə müsahibəsində deyib.

"Ümumilikdə İsraildən gələn həkimlər tərəfindən aparılan bu əməliyyatlar üçün, eləcə də bu protezlər üçün 1 milyon manatlıq vəsait sərf olunacaqdı. Hansı ki, onlar dünyada ən güclü, peşəkar hərbi göz həkimləridir. Amma biz danışıqlar nəticəsində bu işlərin humanitar aksiya çərçivəsində həyata keçirilməsinə nail olduq və sağ olsunlar, israilli həkimlər bütün əməliyyatları ödənişsiz etdilər. Biz yalnız istifadə olunmuş avadanlıqların ödənişini etdik və onların gəliş-gedişini və burada qalmasını təmin etdik. Beləliklə, biz 1 milyon manatlıq əməliyyatı 190 min manata həyata keçirdik", - Ü.Mehdiyev əlavə edib.

Xatırladaq ki, martın əvvəlində “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlmişdi. 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsini, müayinəsini və əməliyyatlarını həyata keçiriblər.

Femida.az

Açar sözlər: #ÜlviMehdiyev   #ASANXidmət   #qazi   #əməliyyat  

Oxunub: 499