Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


15:20     18 Mart 2021 2021/03/download-(25)_1616066507.jpg

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı pidemioloji vəziyyət imkan versə, bu ilin II yarısında Riqada Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

Bunu Latviyanın nəqliyyat naziri Talis Linkaits Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovla görüşdə deyib.

Tərəflər görüşdə Komissiyanın fəaliyyətinin gücləndirilməsi imkanlarını müzakirə edib, onun iclasına qədər nazirlər, sahibkarlar səviyyəsində əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıblar.

Açar sözlər:

Oxunub: 362


Oxşar xəbərlər