Əfv olunanlardan üçü ömürlük məhkumdur


16:20     18 Mart 2021 efv_gf_yeni.jpg

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncama əsasən, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Açar sözlər: #əfv   #məhkum   #ədliyyə  

Oxunub: 474