Əfv olunan 11 qadın azadlığa buraxıldı


09:34     19 Mart 2021 21_03_19_1616133317.jpg

Əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 12 qadına şamil edilib.

Onlardan 11 nəfəri azadlığa buraxılıb, bir qadının cəza müddəti yarıya endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 363