Əfv sərəncamı 1 saylı müəssisədə icra olundu


09:47     19 Mart 2021 21_03_19_1616133366.jpg

Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam şamil edilən 14 nəfərdən 13-ü azadlığa buraxılıb, 1 nəfərin cəzası azaldılıb.

Azadlığa buraxılanlardan bir nəfər Rusiya vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 895