Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olundu


11:17     19 Mart 2021 21_03_19_1616138354.jpg

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Femida.az xəbər verir ki, məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 13 nəfərə şamil olunub.

Tədbir zamanı Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, hüquq müdafiəçisi Səadət Bənənyarlı 11 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 2 məhkumun cəzası isə yarıya endirilib.

Azadlığa çıxanlardan üçü - Əfqanıstan, Gürcüstan, İran İslam Respublikasının vətəndaşlarıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1323