40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır


16:46     19 Mart 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Gələn həftədən etibarən vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq.

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, martın 22-dən başlayaraq 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq: “Bakı, Sumqayıt, Abşeronda vaksinasiyanın daha sürətlə və effektiv həyata keçirilməsi əsas prioritetlərdəndir”.

Açar sözlər:

Oxunub: 470