Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı konfransı keçirilib


17:04     19 Mart 2021 2021/03/c30d6-1616156600_1616159134.jpg

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin elmi iş planına əsasən Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı elmi-praktiki konfransı keçirilib.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, konfransın məqsədi hərb elmini kursantlara təbliğ etmək, onların sərbəst fikir mübadiləsi aparmaq bacarıqlarını təkmilləşdirmək, hərb nəzəriyyəsinin və praktikasının aktual məsələlərini müzakirə etmək, eləcə də aparılan tədqiqatların hərb elminin inkişafında rolu barədə konfrans iştirakçılarını məlumatlandırmaqdan ibarət olub.

Konfransda kursantların məruzələri dinlənilib, aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 354