BNA baş direktoru: "Gələn ildən Bakıya dizellə işləyən avtobuslar gətirilməyəcək"


15:45     20 Mart 2021 21_03_20_1616238893.jpg


Son 5 ildə Bakı şəhərində 715 ədəd sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri gətirib.

Femida.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən ağacəkmə kampaniyasında deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək: "2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir".

Femida.az

Açar sözlər:

Oxunub: 482