“Ermənistan müharibədə böyük itkilər verib” - Paşinyan
19:44 20 Mart 2021
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün vətəndaşlar qarşısında çıxışı zamanı müharibə qurbanlarının sayı barədə danışıb.
Azvision.az -ın məlumatına görə, Paşinyan iddia edir ki, əvvəllər bəlli olmayan faktlar ortaya çıxsa belə, ölü sayı dörd mini keçməyəcək. O, bildirib ki, hazırda 189 ailə DNT ekspertizasının cavabını gözləyir.
Baş nazir qeyd edib ki, Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısı dəqiqləşdirilməlidir. Paşinyan eyni zamanda Ermənistan ordusunun döyüşlərdə 5 mindən çox, bəzən 10 minə yaxın hərbçisinin ölməsi ilə bağlı məlumatlara da münasibət bildirib.
"Ölkə onsuz da böyük itkilərə məruz qalıb, siyasi spekulyasiyalar naminə bu rəqəmləri ikiqat söyləmək və ya üç dəfə artırmaq lazım deyil".
Xatırladaq ki, Paşinyanın iddia etdiyi rəqəmlər (Ölü sayının 4 mini keçməməsi - red) reallığı əks etdirmir. Ermənistan tərəfinin indiyədək açıqladığı ölü sayı 2460 nəfərdir. Bundan əlavə, Qarabağda döyüşlər başa çatdıqdan sonra 1503 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkar edilərək qarşı tərəfə təhvil verilib.
Ermənistanın səhiyyə naziri Anait Avanesyan bu yaxınlarda yerli KİV-ə açıqlamasında bildirmişdi ki, Qarabağ müharibəsində ölmüş bəzi erməni hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, 210 cəsədin kimliyi hələ də müəyyən edilməyib.
Bundan əvvəl isə Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ölkəsinin ikinci Qarabağ müharibəsində 5 min itki verməsi barədə məlumat aldığını bildirmişdi. Görünür, Paşinyan hələ də itki sayını gizlətməklə xalqın qəzəbindən yayınmağa çalışır.
Oxunub: 822
Oxşar xəbərlər
- “Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” - XİN rəsmisi
- “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi” - İlham Əliyev
- “Ermənistanın cinayətləri ilə bağlı 70-dən çox cinayət işi başlanılıb” - Baş Prokurorluq
- “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”- İlham Əliyev
- “Ermənistan sülh istəyirsə, delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır”
- “Ermənistanda vəziyyət hər gün daha da pisləşir” - Armen Qevorqyan
- “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”
- “Ermənistan Birinci Qarabağ müharibəsindəki bir çox cinayətlərini gizlədə bilmişdi”
- “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
- “Ermənistan ordusu yoxdur, dağılıb” - İlham Əliyev