“Washington Post”: Azərbaycan Prezidenti Novruz bayramını Şuşada qeyd edib


23:32     20 Mart 2021 2021/03/04525741-0253-4AD6-9A42-1B139F863E58_1616269012.jpeg

ABŞ-ın “Washington Post” qəzeti Prezident İlham Əliyevin Novruz bayramını 2020-ci ilin noyabr ayında erməni işğalından azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd etməsi haqqında məqalə dərc edib.

Məqalədə Prezident İlham Əliyevin Novruz bayramını təntənəli tonqal yandıraraq qeyd etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə Dağlıq Qarabağda erməni separatizmi nəticəsində baş vermiş Ermənistan-Azərbaycan müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib.

Qeyd olunub ki, şəhərin azad olunması həm simvolik, həm strateji baxımdan vacib addim idi.

“Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”,- bu sözləri Prezident İlham Əliyev Novruz tonqalını yandırdıqdan sonra deyib.

Prezident daha sonra bildirib: “Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.

Həmçinin qeyd olunub ki, keçən il altı həftəlik müharibədə Azərbaycan uzun müddət Ermənistanın işğalı altında olan ərazilərə nəzarəti bərpa edib.

Femida.az

Açar sözlər:

Oxunub: 461