Qadına hədə-qorxu gələrək pulunu alan şəxsə cinayət işi açıldı
13:23 22 Mart 2021
Quba Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E. Niftəliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 1111
Oxşar xəbərlər
- Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - RƏSMİ
- Qadına zor tətbiq edib pulqabısını aldı
- Qadına qarşı dələduzluq edən şəxs tutulub
- Qadına zor tətbiq edib qızıl boyunbağısını aldı
- Qadına qarşı quldurluq edən iki qardaşa 16 il cəza verildi
- Qadına işgəncə verən şəxsə daha bir cinayət işi açılıb
- Qadına qarşı oğurluq etdi
- Qadına bıçaqlayan şəxs saxlanılıb
- Qadına küçədə hücum etdi -VİDEO