Xaçmazda piyadanı avtomobil vuraraq öldürüb - FOTO


09:12     23 Mart 2021 2021/03/1616438414048_EDZMptQ0_1616441885.jpeg

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, Xaçmazın Şıxlar kənd sakini, 1962-ci il təvəllüdlü Xasıyev Hacıağa Abdulvahab oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Apa)

Açar sözlər:

Oxunub: 400