Qar uçqunu nəticəsində turist qrupunun üzvü olan uşaq ölüb


09:39     23 Mart 2021 21_03_22_1616442194.jpg

Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış turist qrupundan olan uşaq ölüb.

Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə bölgənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, bu, 2008-ci il təvəllüdlü qız uşağıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupun digər üzvlərinin tibbi yardıma ehtiyacının olmadığını bildirib.

“Qar kütləsi ​​altından 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşaq çıxıb. Qalan qrup üzvlərinin heç birinin tibbi yardıma ehtiyacı yoxdur, vəziyyətləri qənaətbəxşdir”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Açar sözlər:

Oxunub: 360