Koçaryanın məhkəməsi yenidən təxirə salındı


16:47     23 Mart 2021 2018/09/kocaryan_1536730210.jpg

Bu gün İrəvanda Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.
Femida.azxəbər verir ki, buna səbəb vəkillərin etiraz olaraq məhkəmə salonunu tərk etməsi olub.

Hakim Anna Danibekyan prokuror Gevorq Baqdasaryanla bağlı qaldırılan vəsatətin müzakirəsini rədd edərək məhkəmənin ittiham aktının son hissəsini müzakirə etməyə başladığını elan edib. Bundan sonra Koçaryanın vəkilləri yekdilliklə "sirkdə iştirak etmək istəmədiklərini" söyləyərək məhkəməni tərk ediblər. Danibekyan növbəti iclasda intizam pozuntularına görə vəkillərə qarşı sanksiya tətbiq edilməsi məsələsini müzakirə edəcəyini söyləyib. Növbəti məhkəmə prosesi işi martın 30-da baş tutacaq.

Xatırladaq ki, Robert Koçaryan və digərlərinin 1 mart işi üzrə bundan öncəki məhkəmə iclası da təxirə salınmışdı. Martın 16-da olan həmin məhkəmə sabiq müdafiə naziri Seyran Ohanyanın məhkəməyə gəlməməsi səbəbindən baş tutmamışdı. Bununla beşinci dəfədir ki, 1 mart işi üzrə məhkəmə prosesi təxirə salınır.

Açar sözlər:

Oxunub: 445