Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib


10:48     24 Mart 2021 ermenistan%20mitinq5.jpg


Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib.

Məsələ qanunverici orqanın martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu. Bunun ləğvi ilə bağlı qanun layihəsini Ermənistan parlamentindəki müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları hazırlamışdı. Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının deputatları da layihənin lehinə səs verib.

Femida.az

Açar sözlər: #Ermənistan   #hərbivəziyyət  

Oxunub: 311