Bir ayda Azərbaycanda 10 min 812 körpə doğulub


12:42     24 Mart 2021 korpe_usaq_334.jpg

Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

Bununla yanaşı, yanvarda ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 350