Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var


09:47     25 Mart 2021 21_03_25_1616649739.jpg

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

"Shacman" markalı yük maşını "VAZ 2115" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan "VAZ"-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 367