Qarabağda 30 ildə məhv edilən işğalçıların sayı açıqlandı
11:44 25 Mart 2021
Azərbaycan Ordusu Qarabağın 30 ilə yaxın davam edən işğalına 44 gün ərzində son qoydu. Vətən Müharibəsi zamanı Ermənistan Ordusu darmadağın edildi, istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan böyük itkilər verdi.
Açıq mənbələrdəki informasiya əsasında 1991-ci ildən Qarabağda açıq müharibə formasında davam edən qarşıdurma zamanı məhv edilən erməni hərçbilərin sayı açıqlanıb.
Ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın (1991-1998) Ermənistanın Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə hərbi itkiləri 7 min civarındadır. Növbəti prezident Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) düşmənin 150-dən çox hərbçisi ölüb. Serj Sarkisyanın (2008-2018) prezidenyliyi zamanı Qarabağda təxminən 350 erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan isə hərbi əməliyyatlarda verilən itkilərlə bağlı dəqiq rəqəm açıqlamasa da, yerli mətbuat itki sayının 5 mindən çox olduğunu açıqlayır.
Beləliklə, təxmini hesablamalara əsasən, Qarabağda 30 il davam edən silahlı münaqişə zamanı azı 12,5 mindən çox erməni hərbçisi məhv edilib.//Modern.az
Oxunub: 540
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək