Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət


15:59     25 Mart 2021 hikmet%20h.jpg


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Femida.az-ın məlumatına görə, H.Hacıyev bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd etmişdim ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 482