Laçın polisi minalar aşkar etdi
11:08 26 Mart 2021
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər.
Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçın sakini əmisini dırmıqla öldürüb
- Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb
- Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək
- Laçın sakinində odlu silah aşkarlanıb
- Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb