Tovuzda maşın aşıb, dörd nəfər xəsarət alıb


16:55     26 Mart 2021 21_03_26_1616760602.jpg

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Tucson” markalı minik maşını yoldan çıxaraq aşıb.


Hadisə nəticəsində maşında olan 4 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Açar sözlər:

Oxunub: 432