Gündəlik yoluxma 1700-ü keçdi, 24 nəfər öldü


18:12     26 Mart 2021 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3445 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 458